Modern.az

İran neft hasilatını artırmağa hazırlaşır

İran neft hasilatını artırmağa hazırlaşır

Dünya

2 Sentyabr 2022, 22:26

İran 2023-cü ildə neft hasilatını artırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə İran Neft Şirkətinin (NIOC) baş icraçı direktoru Möhsün Xocastemer bildirib.

 

Məlumata görə, ölkə gələn ilin mart ayında neft hasilatını sutkada 200 min barel artıracaq.

 

Möhsün Xocastemer qeyd edib ki, bu, cari təqvim ilinin sonuna qədər İranın hasilat gücünün sutkada dörd milyon bareldən çox olmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, hazırda İranın hasilat gücü sutkada 3,838 milyon bareldir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi