Modern.az

Ukraynada 7 mindən çox mülki sakin ölüb

Ukraynada 7 mindən çox mülki sakin ölüb

Dünya

3 Sentyabr 2022, 09:08

Ukraynada müharibə başlayandan indiyədək 7000-dən çox mülki şəxs həlak olub, 5500 nəfər isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

 

Onun sözlərinə görə, müharibə dövründə Rusiya ordusunun azı 22 min hücumu qeydə alınıb, 24 mindən çox mülki obyekt atəşə məruz qalıb.

 

Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi