Modern.az

BayraktarRusiyanın 26 milyonluq texnikasını məhv etdi

“Bayraktar” Rusiyanın 26 milyonluq texnikasını məhv etdi

Dünya

3 Sentyabr 2022, 15:02

Üç gün ərzində iki "Bayraktar" pilotsuz uçuş aparatı vasitəsilə Rusiyanın təxminən 26,5 milyon dollar dəyərində texnikası məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Telegram"da yazıb.

 

"Üç gün ərzində, yəni avqustun 31-dən sentyabrın 2-dək iki "Bayraktar" TB-2 PUA düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Məhv edilən texnikalara 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollar), "Acacia" özüyeriyən silahlar (1,6 milyon dollar), piyada döyüş maşınları (0,6 milyon dollar) və haubitsalar (0,3 milyon dollar) daxildir", - deyə o, bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi