Modern.az

Oyunda qırmızı kart göstərən hakimi uçurumdan atdılar

Oyunda qırmızı kart göstərən hakimi uçurumdan atdılar

Dünya

3 Sentyabr 2022, 14:58

Çilidə futbol matçının hakiminə qarşı zorakılıq edilib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Club Real Deportivo 1 de Mayo” və “Club Salvador” arasında baş tutan oyunda qırmızı vərəqə verən hakim oyunçular tərəfindən dəyənəklə döyülüb.

 

Sakitləşə bilməyən futbolçular döydükləri hakimi əvvəlcə futbol meydançasının yaxınlığındakı dərəyə aparıb, daha sonra uçurumdan aşağı atıblar. Ağır yaralanan referi ətrafdakı insanlar tərəfindən xəstəxanaya çatdırılıb.

 

Hadisə üzə çıxandan sonra futbol ictimaiyyəti ayağa qalxıb. Futbolsevərlər hakimə qarşı zorakılıq edən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi