Modern.az

İŞİD-in 3 terrorçusu məhv edildi

İŞİD-in 3 terrorçusu məhv edildi

Dünya

3 Sentyabr 2022, 16:31

Tunis ordusu Əlcəzairlə sərhəddə yerləşən Kasserine qəsəbəsi yaxınlığındakı Sallum dağında “Xilafət əsgərləri” adlandıran silahlı qruplaşmaya qarşı antiterror əməliyyatı keçirib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatının üzvü olan 3 nəfər məhv edilib.

 

Qeyd edilib ki, terrorçular üç həftə əvvəl bu ərazidə iki Tunis hərbçisini yaralamışdılar. Həmçinin bu silahlı qruplaşma hələ 2011-ci ildə çimərlikdə onlarla əcnəbi turisti qətlə yetirib, bu terror aktından sonra onun üzvləri dağlıq ərazidəki mağaralarda gizləniblər.

 

Tunis ordusunun sözçüsü bildirib ki, “Xilafət əsgərləri” terrorçu dəstəsinə qarşı 2016-cı ildə keçirilmiş əməliyyat zamanı 55 terrorçu məhv edilib, 13 hərbçi və 7 mülki şəxs həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi