Modern.az

Lavrov iranlı həmkarı ilə telefon danışığı apardı

Lavrov iranlı həmkarı ilə telefon danışığı apardı

Dünya

3 Sentyabr 2022, 18:10

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər cari ilin avqustun 31-də Moskvada keçirilmiş danışıqların yekunları üzrə razılaşmaların hazırlanmasında ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edib.

 

XİN başçıları yüksək və yuxarı səviyyələrdə qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər.

 

Bundan əlavə, nazirlər beynəlxalq və regional məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi