Modern.az

İran, Rusiya və Çin ABŞ-a qarşı BİRLƏŞİR 

İran, Rusiya və Çin ABŞ-a qarşı BİRLƏŞİR 

Dünya

3 Sentyabr 2022, 21:59

ABŞ-ın geosiyasi rəqibləri aramla Vaşinqtona qarşı birləşirlər.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

 

Məqalədə bildirilir ki, söhbət İran, Çin və Rusiyadan gedir. Bu dövlətlər ABŞ-a qarşı mübarizə aparmaq üçün güclərini birləşdirir.

 

Nəşr qeyd edir ki, Rusiya və Çin Ukraynada hərbi əməliyyatın başlamasından az əvvəl “məhdudiyyətlər olmadan” strateji tərəfdaşlıq elan ediblər. İran da Rusiya Prezidenti Vladimir Putinə hərbi yardım edir. Bundan əlavə, Pekin və Tehranın strateji əlaqələri güclənir.

 

Agentliyin yaydığı məlumata görə, Vaşinqton hələ düşmən güclərin tamhüquqlu ittifaqı ilə üzləşməyib. Bununla belə, İran, Çin və Rusiya Federasiyası Birləşmiş Ştatlara qarşı eyni cəbhədə mübarizə aparır.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi