Modern.az

17 nəfəri ildırım vurub öldürdü

17 nəfəri ildırım vurub öldürdü

Dünya

3 Sentyabr 2022, 22:42

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində 17 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Manila Times" nəşri məlumat yayıb.

 

Bildirilir ki, şiddətli yağışlardan sonra Bihar ştatında bir neçə bölgəyə ildırım düşüb. İldırım vurması nəticəsində 17 nəfər həyatını itirib, onlardan 6-nın tarlada işləyən fəhlə olduğu deyilir.

 

Əyalətin baş naziri Nitish Kumar həyatını itirənlərin ailələrinin hər birinə 5 min dollar veriləcəyini açıqlayıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi