Modern.az

Çexiyada Ukraynaya qarşı genişmiqyaslı mitinq keçirildi

Çexiyada Ukraynaya qarşı genişmiqyaslı mitinq keçirildi

Dünya

3 Sentyabr 2022, 22:56

Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzində hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, mitinqdə 70 minə yaxın insan iştirak edib.

 

Etirazçıların tələbləri arasında Ukraynaya silah tədarükünün dayandırılması, Rusiyaya qarşı sanksiyaların ləğvi, qazın aşağı qiymətlərlə tədarükü üçün müqavilələrin bağlanması və digər məsələlər yer alıb.

 

Baş nazir Petr Fiala nümayişə cavab olaraq Çexiyada Rusiyayönlü dezinformasiya kampaniyasının getdiyini və bəzi insanların buna məruz qaldığını bildirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi