Modern.az

Ötən ay 90-a yaxın terrorçu zərərsizləşdirilib 

Ötən ay 90-a yaxın terrorçu zərərsizləşdirilib 

3 Sentyabr 2022, 23:29

Ötən ay Türkiyə təhlükəsizlik qüvvələri PKK terror təşkilatının 90-a yaxın üzvünü zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, avqustda PKK-ya qarşı ümumilikdə 12 563 əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 16 nəfər terrorçu öldürülüb, 60-ı sağ ələ keçirilib, 14-ü isə təslim olub.

 

Avqust əməliyyatları zamanı 106 bunker, sığınacaq və mağara yararsız hala salınıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi