Modern.az

Ruslar Almaniyada etiraz aksiyası keçirdi

Ruslar Almaniyada etiraz aksiyası keçirdi

Dünya

4 Sentyabr 2022, 20:26

Almaniyada rusdilli diaspor qrupları etiraz aksiyası keçirib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, aksiyada təxminən 2000 nəfər iştirak edib.

 

Aksiya iştirakçıları Almaniyadan Ukraynaya dəstəyi dayandırmasını və Rusiyaya tətbiq edilən sanksiyaların ləğvini tələb ediblər. "Bu qışdan necə çıxacağıq?", - deyə etirazçılar bildirib. 

 

Köln şəhərində keçirilən aksiyaya qarşı çıxan qruplar toplaşaraq, Ukraynaya dəstək nümayiş etdiriblər.

 

Qeyd edək ki, Almaniyada 3 milyona yaxın rus etnik mənşəli insan yaşayır.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi