Modern.az

Avropa İttifaqı Rusiyaya yeni səfir göndərir 

Avropa İttifaqı Rusiyaya yeni səfir göndərir 

Dünya

4 Sentyabr 2022, 21:19

Avropa İttifaqı (Aİ) Moskvadakı diplomatik missiyasının rəhbərini dəyişməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Bildirilir ki, almaniyalı səfir Markus Ederer diplomatik missiyasını başa vurub. Onun yerini Fransadan olan Rolan Qalyaraq tutacaq.

 

“Avropa İttifaqının Moskvadakı missiyasının rəhbərinin dəyişdirilməsi planlaşdırılır. Markus Ederer Rusiyanı tərk edib və yaxın gələcəkdə bu vəzifəni Fransanın Malayziyadakı keçmiş səfiri Rolan Qalyaraq tutacaq. Onun bu vəzifəyə təyinatı iyun ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tərəfindən təsdiqlənib”, - TASS-ın Brüsseldəki diplomatik mənbəsi bildirib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi