Modern.az

Rusiya BMT qərargahının ABŞ-dan köçürülməsini tələb edir

Rusiya BMT qərargahının ABŞ-dan köçürülməsini tələb edir

Dünya

4 Sentyabr 2022, 21:46

BMT-nin mənzil-qərargahının Nyu-Yorkdan köçürülməsi məsələsi müzakirə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Xarici Siyasət Planlaması Departamentinin direktoru Aleksey Drobinin “Beynəlxalq Əlaqələr” jurnalına bildirib.

 

Onun sözlərinə görə, BMT-nin Nyu-Yorkda keçirilən iclaslarında təkcə Rusiya deyil, həm də digər səbəblərdən ABŞ-ın etirazına səbəb olmuş ölkələr də iştirak edə bilmir.

 

"Bu ölkələrin sayı artır və artmaqda davam edəcək”, - Drobinin vurğulayıb.

 

Rusiya XİN rəsmisi xatırladıb ki, BMT-nin mənzil-qərargahının Nyu-Yorkda yerləşməsi qərara alınarkən Birləşmiş Ştatlar BMT Katibliyi ilə razılaşma əldə edib. Drobinin fikrincə, ABŞ bu sazişin müddəalarına əməl etmir. 

 

2019-cu ildə ABŞ Rusiya nümayəndə heyətinin bütün üzvlərini BMT Baş Assambleyasına buraxmayıb. Kreml Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib, Dövlət Duması isə BMT-nin baş qərargahının ABŞ-dan köçürülməsinə çağırıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi