Modern.az

Britaniyanın yeni baş naziri bu tarixdə məlum olacaq

Britaniyanın yeni baş naziri bu tarixdə məlum olacaq

Dünya

4 Sentyabr 2022, 22:02

Böyük Britaniyanın baş naziri, hakim Mühafizəkarlar Partiyasının sədri postuna keçirilən seçkilərin nəticələrinin açıqlanacağı tarix məlum olub.

 

Modern.az xəbər verir ki, nəticələr sabah yerli vaxtla saat 12:30-da açıqlanacaq.

 

Seçkilər dünən başa çatıb. Baş nazir postu uğrunda iki namizəd yarışır. Bunlar hazırkı xarici işlər naziri Liz Trass və sabiq maliyyə naziri Rişi Sunakdır.

 

Qeyd edək ki, hazırda baş nazir səlahiyyətlərini icra edən Boris Conson sentyabrın 6-da istefa ərizəsini Kraliçaya təqdim edəcək. Mərasim Kraliçanın Şotlandiyadakı qəsrində baş tutacaq. Yeni baş nazir də burada təsdiqlənəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi