Latviya sahillərində özəl təyyarə qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Avstriyada qeydiyyatdan keçmiş "Cessna 551" təyyarəsinin İspaniyanın cənubundakı Xeres şəhərindən havaya qalxdığı bildirilir.
Təyyarə Latviyanın Ventspils şəhərinin şimal-qərbində qəzaya uğrayıb. Qəza nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Akif İsmayılov