Modern.az

Britaniyada böhran - Fabriklərin 60%-i bağlanacaq

Britaniyada böhran - Fabriklərin 60%-i bağlanacaq

Dünya

4 Sentyabr 2022, 23:37

Elektrik enerjisinin qiyməti həddindən artıq qalxdığı üçün Böyük Britaniyada fabriklərin 60%-dən çoxu bağlana bilər. 

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Make UK" şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

 

Ölkədə elektrik enerjisinin qiyməti 100 faizdən çox artdığı üçün istehsalçıların yarısı çətinliklə üzləşib.

 

“Mövcud böhran istehsalçıları seçim qarşısında qoyur. Dövlət kömək etməsə, onlar istehsalı ya azaldacaq, ya da tamamilə dayandıracaq", - deyə agentlik bildirib.

 

Araşdırmada Britaniyanın yeni hökumətinin təcili tədbirlər görməsinə çağırış edilib.

 

Xatırladaq ki, Britaniyada 2022-ci ilin oktyabrın 1-dən qazın bahalaşması ilə əlaqədar olaraq elektrik enerjisinin qiyməti 80% artacaq.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi