Modern.az

Lukaşenkonu öldürmək istəyən müxalifətçilər həbs edildi

Lukaşenkonu öldürmək istəyən müxalifətçilər həbs edildi

Dünya

5 Sentyabr 2022, 22:12

Belarus məhkəməsi müxalif siyasətçilər Yuri Zenkoviçi 11 il, Aleksandr Fedutanı və Qriqori Kostusevi 10 il, Olqa Qoluboviç, Denis Kravçuku isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Belarus" məlumat yayıb.

 

Adı çəkilən Belarus müxalifətçiləri dövlət çevrilişinə cəhddə və Prezident Aleksandr Lukaşenkoya sui-qəsd hazırlamaqda ittiham olunurlar. Feduta, Kostusev və Zenkoviç cəzalarını ciddi rejimli koloniyada çəkəcəklər. 

 

Müstəntiqlərin fikrincə, müttəhimlər Qələbə günü paradında Lukaşenkonu öldürmək üçün sui-qəsd hazırlayıblar.

 

İş üzrə saxlanılan şəxslər özlərini təqsirli bilməyiblər və ittihamları əsassız hesab ediblər.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi