Modern.az

Zelenski yeni doğulan 3 azərbaycanlıya vətəndaşlıq verdi

Zelenski yeni doğulan 3 azərbaycanlıya vətəndaşlıq verdi

Dünya

6 Sentyabr 2022, 13:50

Ukraynada müharibə müddətində 3 Azərbaycan vətəndaşının doğulan uşaqlarına vətəndaşlıq verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətindən Report-a verilən açıqlamada bildirilib.

 

Qeyd edilib ki, bunlardan ikisi Ukrayna Prezidentinin sərəncamının "Ukrayna vətəndaşlığına qəbul" ilə bağlı 9-cu bəndinə əsasən baş tutub.

 

Bir uşaq isə valideynlərindən biri Ukrayna vətəndaşı olduğu üçün avtomatik vətəndaşlıq alıb. Bu ailələlər müharibə müddətində ölkəni tərk etməyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi