Modern.az

Britaniyanın yeni baş naziri Kiyevə GEDİR

Britaniyanın yeni baş naziri Kiyevə GEDİR

Dünya

6 Sentyabr 2022, 18:48

Ukraynanın Böyük Britaniyadakı səfirliyi ölkənin yeni Baş naziri Liz Trassın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Londondakı səfiri Vadim Pristayko məlumat verib.

 

“Biz artıq Liz Trassın Kiyevə gəlişinə hazırlaşmağa başlamışıq”, – deyə Pristayko bildirib.

 

Qeyd edək ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Liz Trass sentyabrın 6-da krallığın Baş naziri təyin edilib. O, bu vəzifədə Boris Consonu əvəzləyib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi