Modern.az

Almaniyanı etirazlar bürüdü, xalq küçələrə AXIŞDI

Almaniyanı etirazlar bürüdü, xalq küçələrə AXIŞDI

Dünya

6 Sentyabr 2022, 21:04

Bu gün Almaniyanın bir neçə şəhərində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.

 

Modern.az xəbər verir ki, nümayişlər federal hökumətin enerji və sosial siyasətinə qarşı yönəlib.

 

Hakim koalisiya tərəfindən əhaliyə 65 milyard avroluq üçüncü yardım paketi qəbul edilməsinə baxmayaraq, vətəndaşlar bunun kifayət etmədiyini bildiriblər.

 

Nümayişçiləri həm solçu, həm də ifrat sağçı partiyalar dəstəkləyib. Onlar hökumətə təzyiq göstərmək məqsədilə öz tərəfdarlarını Almaniya şəhərlərinin küçə və meydanlarına çıxarıblar.

 

Vətəndaşlar enerji daşıyıcılarının və qida məhsullarının kəskin bahalaşmasına etiraz ediblər. Aksiyaların davam edəcəyi qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi