Rusiya İrana yeni səfir təyin edib.
Modern.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı hazırki səfiri Kazim Cəlali "Twitter" hesabında məlumat paylaşıb.
O, yeni təyin olunan Aleksey Dedovla görüşüb. Bildirilib ki, diplomat tezliklə Rusiyanın İrandakı yeni səfiri kimi fəaliyyətə başlayacaq.
"Hər iki tərəf İran və Rusiya münasibətlərinin ən yaxşı tarixi dövrlərdən birində olduğunu vurğulayıb”, - Cəlali deyib.