Modern.az

Sabiq baş nazirin dəfninə 12 milyon dollar xərclənəcək

Sabiq baş nazirin dəfninə 12 milyon dollar xərclənəcək

Dünya

6 Sentyabr 2022, 23:33

Yaponiya hökuməti keçmiş baş nazir Şinzo Abenin dəfn mərasiminə təxminən 1,65 milyard yen (12 milyon dollar) xərcləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Avqustun sonunda hökumət dəfn mərasimi üçün 250 milyon yen məbləğində büdcəni təsdiqləyib, lakin sonradan yüksək vəzifəli qonaqlar üçün təhlükəsizlik və yerləşdirmə xərclərinə görə vəsaitin artırılması tələb edilib.

 

Mərasim sentyabrın 27-də Tokionun Nippon Budokan zalında baş tutacaq, dəfnə yüksək səviyyəli xarici qonaqlar da daxil olmaqla 6 minə yaxın insanın qatılacağı gözlənilir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi