İsrail Suriyanın Hələb hava limanına aviazərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində hava limanının uçuş-enmə zolağı zədələnib. Nazirlikdən verilən məlumata əsasən, İsrailin raket hücumu Aralıq dənizindən həyata keçirilib.
Suriya dövlət xəbər agentliyi (SANA) qeyd edib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri İsrailin raketlərini ələ keçirib və onlardan bir neçəsini vurub.
Bundan əvvəl, avqustun 31-də İsrail hava limanına raket zərbələri endirib və nəticədə əraziyə ciddi ziyan dəyib.
"Reuters" agentliyi mənbələrinə istinadən bildirir ki, İsrail İranın Suriya və Livandakı müttəfiqlərinə silah çatdırmaq üçün istifadə edilən hava limanlarını hədəfə alıb.
Akif İsmayılov