Bosniya və Herseqovina ilə Türkiyə arasında vətəndaşların gediş-gəlişinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsinə qərar verilib.
Modern.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə səyahətin həyata keçirilməsi üzrə razılığın əldə olunduğunu söyləyib.
Ərdoğan Türkiyənin regiondakı mövcud çətinlikləri aradan qaldırmaq üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb və iki ölkə arasında 876 milyon dollara çatan ticarət dövriyyəsinin yüksəldilməsini, eyni zamanda qarşılıqlı investisiyaların artırılmasını müzakirə etdiklərini əlavə edib.