ABŞ mətbuatı sanksiyalar səbəbindən ciddi problemlər yaşayan Rusiyanın Şimali Koreyadan silah-sursat aldığını yazır.
Modern.az xəbər verir ki, belə iddia ilə “New York Times” qəzeti çıxış edib.
Qəzetin əldə etdiyi məxfi kəşfiyyat məlumatlarına görə, Rusiya Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raket alıb.
Adı açıqlanmayan ABŞ rəsmisi deyib ki, müharibə uzandıqca Moskva Şimali Koreyadan daha çox silah almalı olacaq.
Şimali Koreya lideri Kim Çen In Rusiya-Ukrayna müharibəsinə görə ABŞ-ı günahlandırıb, Qərbi “hegemon siyasət” yürütməkdə ittiham edib və eyni zamanda Rusiyanın güc tətbiqinin haqlı olduğunu bildirib.
Keçən ay Şimali Koreya Ukraynanın şərqində müstəqillik elan edən Rusiya tərəfindən tanınan Donetsk və Luqansk Xalq Respublikalarını tanıdığını elan edib.
Onu da bildirək ki, ötən həftə Rusiyanın İrandan pilotsuz uçuş aparatları aldığı bildirilib. Qərb rəsmiləri Rusiyanın ordusunu təchiz etməkdə ciddi çətinliklə üzləşdiyini qeyd edirlər.
Akif İsmayılov