Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın yeni seçilən Baş naziri Liz Trass arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.
Zelenski qeyd edib ki, o, yeni seçilən Baş nazirlə telefon danışığı aparan ilk xarici ölkə prezidenti olub.
Ukrayna Prezidenti Trassı Kiyevə dəvət edib. "Mən ölkəmizə göstərilən əsas hərbi və iqtisadi yardıma görə Britaniya xalqına təşəkkürümü çatdırdım", - deyə o yazıb.
Zelenski, həmçinin bildirib ki, Britaniya tərəfi Ukraynaya yardımları daha da gücləndirməyə hazırdır.