Modern.az

ABŞ nüvə daşıyan raketini sınaqdan keçirdi 

ABŞ nüvə daşıyan raketini sınaqdan keçirdi 

Dünya

7 Sentyabr 2022, 19:26

ABŞ ordusu qitələrarası ballistik raketini sınaqdan keçirib. 

 

Modern.az AFP-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

Rusiya ilə gərginlik fonunda keçirilən sınaqlar Kaliforniyadakı Vandenberq aviabazasında baş tutub. Hərbçilər eksperimental döyüş başlığı ilə təchiz edilmiş "Minuteman III" ballistik raketini buraxıblar.

 

Raketlər nüvə tipli döyüş başlıqları daşıya bilər.

 

"Bu sınaq buraxılışı ABŞ-ın nüvə çəkindirmə siyasətinin təhlükəsiz, etibarlı və effektiv olduğunu nümayiş etdirmək məqsədi daşıyan müntəzəm və dövri fəaliyyətlərin bir hissəsidir", - deyə açıqlamada bildirilir.

 

Qeyd edək ki, "Minuteman III" 50 ildir xidmətdədir və hazırda ABŞ nüvə arsenalında yeganə qitələrarası ballistik raketdir. Raketlər ABŞ-ın Vayominq, Şimali Dakota və Montanadakı üç hərbi bazasında yerləşir.

 

ABŞ arsenalına, həmçinin "Trident" adlı sualtı qayıqlardan və strateji bombardmançılardan buraxılan nüvə silahları daxildir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi