Albaniya İranla diplomatik əlaqələri tamamilə kəsib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Edi Raman məlumat verib.
O, bildirib ki, iyulun 15-də Albaniya hökumətinin elektron infrastrukturu ən güclü kiberhücuma məruz qalıb.
“Bir az ziyan dəyib, artıq təmir olunub və hücumun kim tərəfindən həyata keçirildiyini öyrənmək üçün araşdırmalara başlanılıb. Albaniyanın kiberterrorizmlə mübarizə sahəsində əməkdaşlıq etdiyi qurumların nümayəndələri Tiranaya gəliblər. Məlum olub ki, kiberhücum şəxs və ya cinayətkar qrup tərəfindən deyil, İran tərəfindən həyata keçirilib”, - Albaniya hökumətinin başçısı deyib.
Albaniyanın baş naziri İranın İsrail, Kipr, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ-yə kiberhücumlarını xatırladıb. Rama, həmçinin vurğulayıb ki, Albaniyanın İrandakı səfirliyinin bütün əməkdaşları bir gün ərzində ölkəni tərk etməlidir.
Akif İsmayılov