Modern.az

Şolts və Zelenski Zaporojye ilə bağlı razılığa gəldi 

Şolts və Zelenski Zaporojye ilə bağlı razılığa gəldi 

Dünya

7 Sentyabr 2022, 23:04

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

 

Şoltsun Zelenski ilə Ukraynadakı hərbi, humanitar və iqtisadi vəziyyət, eləcə də yenidənqurma daxil olmaqla daha konkret dəstək imkanları barədə fikir mübadiləsi apardığı bildirilib.

 

Kansler ölkəsinin Ukraynaya siyasi, maliyyə, humanitar, həmçinin hərbi dəstəkdən imtina etməyəcəyini vurğulayıb.

 

Tərəflər Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi və mühafizəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatının əhəmiyyəti və tövsiyə olunan tədbirlərlə bağlı razılığa gəliblər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi