Modern.az

Ərdoğandan II Elizabetin vəfatı ilə bağlı BAŞSAĞLIĞI

Ərdoğandan II Elizabetin vəfatı ilə bağlı BAŞSAĞLIĞI

Dünya

9 Sentyabr 2022, 00:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

 

“Kraliça II Elizabetin vəfat etməsi xəbərini kədər hissi ilə eşitdim. Kral ailəsinə, dost və müttəfiq Böyük Britaniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm”, - deyə Ərdoğan bildirib.

 

Xatırladaq ki, II Elizabet bu gün 96 yaşında vəfat edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi