Modern.az

Rusiyada vahid seçkilərə START VERİLDİ

Rusiyada vahid seçkilərə START VERİLDİ

Dünya

9 Sentyabr 2022, 11:29

Bu gündən Rusiyada vahid seçkilər prosesinə start verilib.

 

Modern.az xəbər verir ki, ölkə vətəndaşları 3 gün ərzində 14 regionun başçısını və 6 qanunverici orqanın, eləcə də 12 subyektdə bələdiyyə orqanlarının üzvlərini seçəcəklər.

 

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 69 mindən çox namizəd qeydə alınıb, onların 56 min 600 nəfəri müxtəlif partiyaların üzvləridir.

 

Seçkilərdə 1655 ərazi və 37 min 525 sahə seçki komissiyası fəaliyyət göstərir. Moskvanın 125 rayonunda bələdiyyə seçkiləri baş tutacaq. Paytaxtda 1417 bələdiyyə üzvü yerinə 5700 namizəd qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi