ABŞ Albaniyaya qarşı kiberhücum təşkil etdiyinə görə İrana sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ və müttəfiqlərinə qarşı kiber fəaliyyətlərinə görə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, həmçinin nazir İsmail Xətib "qara siyahı"ya salınıb.
Qeyd olunub ki, İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, kiber proksiləri 2007-ci ildən bəri dünyanın müxtəlif ölkələrində hökumətləri, özəl sektor təşkilatlarını və müxtəlif kritik infrastruktur sektorlarını hədəf alan zərərli kiber əməliyyatlar həyata keçirir.
Akif İsmayılov