Modern.az

NATO şərq sərhədinə yeni qüvvələr yerləşdirir

NATO şərq sərhədinə yeni qüvvələr yerləşdirir

Dünya

9 Sentyabr 2022, 19:57

NATO şərq sərhədində yeni qüvvələr yerləşdirməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

Baş katib, Alyans üzvlərini uzun sürən münaqişəyə hazır olmağa çağırıb.

 

“Biz Alyansın şərq hissəsində mövcudluğumuzu əhəmiyyətli dərəcədə gücləndiririk. Eyni zamanda, biz Moskvaya aydın siqnal göndəririk ki, NATO müttəfiq ərazisinin hər qarışını müdafiə edəcək”, - Stoltenberq Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi