Modern.az

Rusiyanın “İsgəndər” raketləri TÜKƏNİR

Rusiyanın “İsgəndər” raketləri TÜKƏNİR

Dünya

9 Sentyabr 2022, 20:55

Rusiya ordusunun arsenalında 200-dən az “İsgəndər” raket sistemi qalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib. 

 

O qeyd edib ki, "İsgəndər" indi çox az istifadə olunur: "Bu raket sonuncu dəfə avqust ayında Belarus ərazisindən Kiyeviə atılıb".

 

Skibitskinin sözlərinə görə, Rusiyanın 7 minə yaxın S-300 raketləri var. 

 

“Utilizasiyaya vəsait xərcləmək əvəzinə, onları bizim ərazimizə buraxırlar. Bizim hesablamalarımıza görə, bu raketlər onlara daha üç il kifayət edəcək”, - Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi