Modern.az

Uelsin yeni şahzadəsi məlum oldu

Uelsin yeni şahzadəsi məlum oldu

Dünya

9 Sentyabr 2022, 22:13

Böyük Britaniyanın yeni kralı III Çarlz oğlu Uilyamı Uels şahzadəsi elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, xalqa videomüraciəti zamanı bildirib.

 

"Bu gün mən Uilyamı Uels şahzadəsi elan etməkdən qürur duyuram", - Kral deyib.

 

Çarlz xaricdə yaşayan oğlu Harri və onun həyat yoldaşı Meqan Marka da sevgisini ifadə edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi