Modern.az

Ukraynada "Bayraktar" zavodu tikiləcək - Zelenski elan etdi

Ukraynada

Dünya

9 Sentyabr 2022, 22:36

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.

 

Dövlət başçısı şirkətin Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı üçün zavod quracağını elan edib.

 

“Biz Ukraynada “Baykar” fabrikinin tikintisini və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalını müzakirə etdik”, - deyə Zelenski qeyd edib.

 

Bundan əlavə, Prezident Bayraktara Ukraynanın "Xidmətlərə görə" ordenini təqdim edib. Haluk Bayraktar isə Zelenskiyə üzərində PUA şəkli olan Ukraynanın milli geyimini hədiyyə edib.

 

 Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi