Böyük Britaniyanın mərhum kraliçası II Elizabet ölkənin müxtəlif bölgələrində top atəşi ilə anılıb.
Modern.az xəbər verir ki, mərasim Londonun məşhur Hayd parkında və London qülləsində baş tutub.
Şotlandiyanın Edinburq və Uelsdəki Kardiff qəsrlərindən, həmçinin Britaniya ərazisi olan Cəbəllütariqdə də artilleriya atəşi açılıb.
Yerli vaxtla saat 20:00-da Müqəddəs Pavel Katedralında kraliçanın anım mərasimi keçiriləcək.
Xatırladaq ki, kraliça II Elizabet ötən gün 96 yaşında vəfat edib.