Modern.az

Pakistanda həlak olanların sayı 1400-ə çatır

Pakistanda həlak olanların sayı 1400-ə çatır

Dünya

9 Sentyabr 2022, 23:27

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1396 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.

 

Bildirilib ki, təbii fəlakət zamanı həlak olanlardan 499-u uşaq, 280-i qadındır.

 

Bundan əlavə, güclü yağışlar nəticəsində 1 milyon 743 min 345 evə ziyan dəyib, onlardan 568 min 817-si tamamilə dağılıb. Ümumilikdə ölkəyə 30 milyard dollardan çox zərər dəyib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi