Meksikanın şimal-şərqində yerləşən Tamaulipas ştatında avtobus qəzaya uğrayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, içərisində tez alışan maddənin olduğu çən traktordan ayrılaraq sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində avtobus yanaraq külə dönüb. Nəqliyyat vasitəsinin içərisindən 9 nəfərin cəsədi çıxarılıb.
Ölənlərin sayının artacağı istisna edilmir.