Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Fransa Kiyevə daha çox silah tədarük etməlidir.
Modern.az xəbər verir ki, bu barədə o, “ Le Journal du Dimanche ” qəzetinə müsahibəsində danışıb.
“Biz Fransaya silah təmin etdiyinə, həmçinin Aİ-yə üzvlük namizədliyimizi dəstəklədiyinə görə çox minnətdarıq, lakin cəbhə xəttində daha çox silah lazımdır. Biz Fransadan daha çox işlər görməsini tələb edirik”, - deyə Kuleba bildirib.
Xarici İşlər Nazirliyinin rəhbəri Fransa və ABŞ-dan alınan silahların əhəmiyyətini qeyd edib: "Ağır silahlar baxımından Rusiya hələ də bizi üstələyir".
Akif İsmayılov