Modern.az

Gürcüstana gələn rusların sayında fantastik ARTIM

Gürcüstana gələn rusların sayında fantastik ARTIM

Dünya

11 Sentyabr 2022, 21:38

Cari ilin avqust ayında Gürcüstana 260 810 rusiyalı turist gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (XİN) Sərhəd Polisi məlumat yayıb.

 

Bildirilib ki, Gürcüstana gələn rus turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 475% artıb. Belə ki, keçən ilin avqust ayında Gürcüstana cəmi 45 355 rusiyalı gəlib.

 

Rəsmi məlumata əsasən, Ermənistan avqustda Gürcüstana gələn turistlərin sayına görə ikinci yerdədir, Gürcüstana bu ölkədən 178 483 nəfər səfər edib. Üçüncü yerdə isə 116 882 nəfərlə Türkiyə qərarlaşıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi