Modern.az

Zelenskidən Lavrova cavab: "Ultimatum verənlərlə danışmıram"

Zelenskidən Lavrova cavab: 

Dünya

12 Sentyabr 2022, 00:30

Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı şərtlərlə Rusiya ilə danışıqların aparılması imkanının olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, CNN-ə müsahibəsində danışıb. 

 

Zelenski Rusiyanın konstruktiv olmadığını vurğulayıb.

 

Rusiya Ukrayna ilə ultimatum dili ilə danışmağa çalışıb və Zelenski bunu qəbuledilməz hesab edir.

 

"Mən onların konstruktiv olmaq istəyini görmürəm. Bu mənim prinsipimdir, ultimatum verənlərlə danışmıram", - Ukrayna prezidenti CNN-ə deyib.

 

Dövlət başçısı əlavə edib ki, Ukrayna tərəfi sona qədər mübarizə aparacaq və Rusiya ilə Ukrayna arasında saziş yalnız rus qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasından sonra bağlana bilər.

 

Bu gün səhər saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etmir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi