Modern.az

Ukrayna ordusu bəzi yerlərdə Rusiya sərhədinə ÇATIB

Ukrayna ordusu bəzi yerlərdə Rusiya sərhədinə ÇATIB

Dünya

12 Sentyabr 2022, 13:56

Cəbhənin Xarkov vilayətindəki bəzi hissələrində Ukrayna döyüşçüləri Rusiya ilə dövlət sərhədinə çatıblar.


Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi idarəsinin rəhbəri Oleq Sinegubov Telegram-da bildirib.
 

"Hərbçilərimiz Xarkov vilayətinin rus işğalçılarından azad edilməsi əməliyyatını davam etdirir. Düşmən mövqelərini tələsik tərk edərək əvvəllər işğal olunmuş ərazilərin dərinliklərinə və ya dərhal Rusiya Federasiyası ərazisinə doğru qaçır", - o yazıb.


Sinegubovun sözlərinə görə, ruslar Velikiy Burluk yaşayış məntəqəsini və Kupyanski rayonunu tərk ediblər.


"Cəbhənin bəzi bölmələrində müdafiəçilərimiz Rusiya Federasiyası ilə dövlət sərhədinə çatıblar", - vilayət hərbi idarəsinin rəhbəri qeyd edib.


Oleq Sinegubovun dediyinə görə, 11 sentyabr 2022-ci il tarixinə Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 40-a yaxın yaşayış məntəqəsini düşməndən azad edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi