Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatları alacaq.
Modern.az BƏƏ mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə tərəfi ilə bu ilin martından aparılan danışıqlar başa çatmaq üzrədir və tezliklə müvafiq saziş imzalanacaq.
BƏƏ PUA-larla yanaşı, “Roketsan” şirkətinin istehsal etdiyi MAM-L yüksək dəqiqlikli aviasiya bombaları da alacaq.
BƏƏ hökuməti altı il ərzində təhvil veriləcək hücum kompleksinə daxil olan 120 PUA və onlar üçün yüksək dəqiqlikli aviasiya bombalarının alınması üçün 2 milyard ABŞ dolları məbləğində vəsait ayırıb. Pilotsuz hücum kompleksinin istehsalçısı “Baykar” kompaniyası hər il BƏƏ-yə 20 dron tədarük edəcək.