Modern.az

Suriyada vəba təhlükəsi - Ölənlər var

Suriyada vəba təhlükəsi - Ölənlər var

Dünya

12 Sentyabr 2022, 20:10

Suriyada vəba xəstəliyinə yoluxan 3 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

 

Xəstəliyə yoluxma halları əsasən ölkənin şimalında müşahidə edilir. Şiddətli ishal və qusma ilə özünü göstərən vəba xəstəliyi Hələbdə azı 15 nəfərdə aşkarlanıb.

 

Pasiyentlərin nazik bağırsaqlarında “Vibrio” bakteriyasının parazitləşməsi nəticəsində yaranan vəba daha çox içməli su və çirklənmiş su ilə yuyulan qidalar vasitəsilə yoluxur.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi