Modern.az

Belarusda ilk xalq milis dəstəsi yaradıldı

Belarusda ilk xalq milis dəstəsi yaradıldı

Dünya

12 Sentyabr 2022, 21:33

Balerusda yerli xalq milis dəstələrinin yaradılmasına başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Rodnaya Niva" regional qəzeti məlumat yayıb.

 

Bildirilir ki, ölkənin ilk xalq milis dəstəsinə Mogilev vilayətinin Klimoviç rayonunun yaşayış məntəqələrindən birinin sakinləri daxildir. Dəstə 22 nəfərdən ibarətdir.

 

Xalq milislərinin əsas vəzifələri yerli sakinlərin evlərini və yaşayış məntəqələrini talançılardan qorumaq, “silahlı qüvvələr, polis orqanları ilə sıx əməkdaşlıq etmək, ictimai asayişin qorunmasında iştirak etməkdir”. 

 

Klimoviç rayonu Mogilev vilayətinin cənub-şərqində yerləşir, Rusiyanın Smolensk vilayətinin iki rayonu ilə həmsərhəddir.

 

Qeyd edək ki, Prezident Aleksandr Lukaşenko Belarusda xalq milislərinin yaradılması barədə göstəriş verib. Ölkənin müdafiə naziri Viktor Xrenin bildirib ki, bu təşəbbüs sayəsində respublika silahlı qüvvələrinin gücü “dəfələrlə” artacaq.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi