Modern.az

Türkiyənin hərbi ixracı rekord həddə ÇATIB

Türkiyənin hərbi ixracı rekord həddə ÇATIB

Dünya

12 Sentyabr 2022, 22:40

Türkiyənin müdafiə sənayesinin ixracı rekord həddə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.

 

Cari ilin ilk 9 ayında sektorun ümumi ixracı 2 milyard dollardan çox olub.

 

Yanvar-avqust aylarında müdafiə və aerokosmik sənaye ixracatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,2% artaraq 2 milyard 636,9 milyon dollara çatıb.

 

Avqust ayı daxil olmaqla illik ixracat 3 milyard 992 milyon dollara yüksəlib. 

 

Qeyd edək ki, Türkiyə 2020-ci ildə 14-cü, 2021-ci ildə isə müdafiə sənayesi məhsullarının ən çox satıldığı ölkələr arasında 11-ci olub. 2021-ci ildə Türkiyə 380 milyon dollar dəyərində müdafiə sənayesi məhsulları tədarük edib.

 

2022-ci ildə Türkiyənin 4 milyard dollar dəyərində və ya daha çox hərbi məhsul ixrac edəcəyi gözlənilir. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi