Modern.az

II Elizabetin dəfnində bu liderlər iştirak edəcək - SİYAHI

II Elizabetin dəfnində bu liderlər iştirak edəcək - SİYAHI

Dünya

12 Sentyabr 2022, 23:55

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Londonda keçiriləcək.

 

Modern.az xəbər verir ki, mərasimdə bir çox dünya liderləri, kral ailəsi və digər nüfuzlu şəxslər iştirak edəcək.

 

Aşağıdakı dünya liderləri Londona gələcəklərini bildiriblər:

 

- ABŞ prezidenti və birinci xanımı Co Baydenlə Cill Bayden 

 

- Avstriya Prezidenti Aleksandr Van der Bellen

 

- Yeni Zelandiyanın Baş naziri Casinda Ardern

 

- Avstraliyanın Baş naziri Entoni Albanez

 

- Litva Prezidenti Gitanas Nauseda

 

- Şri Lanka Prezidenti Ranil Vikremesinqe

 

- Almaniya Prezidenti Frank-Valter Ştaynmayer

 

- Cənubi Koreya Prezidenti Yun Sul-Yeul

 

- Braziliya Prezidenti Jair Bolsonaro

 

- Belçika Kralı Filip və Kraliça Matilda

 

- Polşa Prezidenti Andjey Duda

 

- İtaliya Prezidenti Sercio Mattarella

 

- Kanadanın Baş naziri Castin Trüdo

 

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 

 

- Niderland kralı Villem-Aleksandr və kraliça Maksima

 

- İspaniya Kralı VI Felipe və Kraliçası Letisiya

 

- Latviya Prezidenti Egils Levits

 

- Trinidad və Tobaqonun Prezidenti Paula-Mae Uiks

 

- Fələstinin Baş naziri Məhəmməd Ştayye

 

- Finlandiya Prezidenti Sauli Niinisto

 

- Macarıstan Prezidenti Katalin Novak

 

- İrlandiya Prezidenti Mişel Hiqins və Baş naziri Mişel Martin

 

- İspaniyanın keçmiş kralı I Xuan Karlos və həyat yoldaşı Sofiya 

 

Qeyd edək ki, 96 yaşlı kraliça II Elizabet sentyabrın 8-də dünyasını dəyişib. Onun ölümündən sonra oğlu Çarlz kral elan edilib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi