Modern.az

Paşinyan təcili Putinə ZƏNG ETDİ

Paşinyan təcili Putinə ZƏNG ETDİ

13 Sentyabr 2022, 02:42

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

 

Paşinyan Putinlə sərhəddə vəziyyətin gərginləşməsini müzakirə edib.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi