Modern.az

Rusiyanın 670 milyon dollarlıq texnikası MƏHV EDİLİB

Rusiyanın 670 milyon dollarlıq texnikası MƏHV EDİLİB

13 Sentyabr 2022, 04:50

Ukrayna ordusu 6-11 sentyabr tarixlərində Rusiyanın 670 milyon dollar dəyərində hərbi texnikasını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, hesabat dövründə Rusiyaya məxsus 590 ədəd texnika məhv edilib. 

 

Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Son günlər Ukrayna ordusu bəzi istiqamətlərdə uğurlu əməliyyatlar keçirərək, üstünlük qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi